“WhatsApp” mesenceri təhlükəsiz deyil”.
Bunu amerikalı iş adamı İlon Mask “X” (keçmiş “Twitter”) sosial şəbəkəsindəki səhifəsində bildirib.
O, “WhatsApp”da çarpaz şifrələmənin yazışmaları tamamilə qorumağa imkan verməsi barədə istifadəçilərin paylaşımına münasibət bildirib.
Şərhçilərdən biri yazıb ki, istifadəçilər çatlarda müzakirə mövzuları ilə bağlı onlayn reklamlar alırlar. Mask da bu fikri təsdiqləyib.