19 C
Baku
Sunday, October 6, 2024

Fransada parlament seçkilərinin nəticələri açıqlanıb

Fransada parlament seçkilərinin nəticələri açıqlanıb. İkinci turun nəticələrinə görə, solçu “Yeni xalq cəbhəsi” koalisiyası (182 səs) birinci yeri tutub.

İkinci yerdə “Birlikdə!” prezident koalisiyası (168 səs), üçüncü yerdə isə Marin Le Penin “Milli assosiasiya” koalisiyası (142 səs) qərarlaşıb.

Xatırladaq ki, Fransa parlamentində ümumilikdə 577 yer var. Müvafiq olaraq, qalanlar koalisiyadan olmayan namizədlər arasında bölüşdürülüb, onların arasında sağ və sol qüvvələrin ayrı-ayrı nümayəndələri də var.

Makron erkən seçkilərin keçirilməsini Le Pen partiyasının Avropa Parlamentinə seçkilərdə qalib gəlməsi ilə əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər