8 C
Baku
Thursday, December 12, 2024

Nazir: “Azərbaycan qalıq yanacaqdan əldə olunan gəlirləri davamlı inkişaf üçün istifadə edir”

Azərbaycan uzunmüddətli davamlı inkişafı təmin etmək üçün qalıq yanacaq sənayesindən əldə edilən gəlirlərdən istifadə edir.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev bu gün ADA Universitetində işə başlayan 18-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində deyib.

O xatırladıb ki, bu ilin noyabrında bütün dünya qlobal iqtisadiyyatı sıfır emissiyaya uyğunlaşdırmaq və qlobal istiləşməni 1.5 dərəcə hədəflə məhdudlaşdırmaq üçün Bakıda toplaşacaq.

Onun sözlərinə görə, əsas iqtisadi vəzifə layihənin həyata keçirilməsi üçün sıfır emissiyaya keçidə imkan verəcək şəraiti yaratmaqdır: “Əsas prinsiplərdən biri iqlim dəyişikliyi ilə mübarizədə hər kəsə dəstək olmaqdır. Biz ölkələri emissiyaları azaltmaq, iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq və fəaliyyətləri haqqında şəffaf hesabat təqdim etmək üçün yeni planlar hazırlamağa təşviq edəcəyik. Buna görə də biz emissiyaların azaldılması üzrə milli planımızı yeniləmək üzərində işləyirik”.

O, həmçinin qeyd edib ki, COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün aydın və iddialı yeni maliyyə planı razılaşdırılmalıdır: “Bu, bir çox inkişaf etməkdə olan ölkələri geridə qoyan maneələri aradan qaldırmağa və planet üçün qlobal maliyyə sistemini yenidən qurmağa kömək edəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər