İlin əvvəlindən Çindən gələn blok qatarının 70-75%-i Azərbaycanın idxal məhsullarıdır.
Bunu Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev Bakıda “ŞƏT Nümayiş Zonası – Azərbaycanda Logistika və Ticarətin Təşviqi Konfransı” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb: “Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən yükləri çatdıran qatarların geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır”.