25 C
Baku
Sunday, October 6, 2024

“CEO Club Azerbaijan”nın rəsmi Açılış mərasimi keçirildi

®İyulun 5-də ölkəmizdə ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı “CEO Club Azerbaijan”nın rəsmi Açılış mərasimi Farimont Baku Flame Towers otelində keçirilib.

“CEO Club Azerbaijan” ölkəmizdə C-level rəhbərləri, biznes liderlər və sahibkarları inkişaf, əməkdaşlıq və dostluq ekosistemində birləşdirməyi nəzərdə tutan biznes icmasıdır. 2022-ci ildə keçirilən “Baku International CEO Sammit”in ənənələri və təcrübəsi bu klubun formalaşmasına böyük təkan verib. Klub regionun ən güclü biznes icmasına çevrilmək niyyətindədir.

Açılış mərasimində “CEO Club Azerbaijan”nın təsisçisi Emil Hüseynov çıxış edərək klubun fəaliyyət istiqamətləri, məqsəd və hədəfləri, həmçinin əməkdaşlıq imkanları barədə geniş məlumat verib.

Tədbirdə yerli və qlobal şirkət rəhbərləri çıxış edərək, klubun gələcək fəaliyyətinə uğurlar arzulayıblar.

Təqdimat mərasimində “For Azerbaijan” Xeyriyyə Təşkilatının proqramlar üzrə meneceri Elnur Kələntərov tərəfindən təşkilatın fəaliyyəti və məqsədləri haqqında ətraflı məlumat verib.

Açılış mərasiminin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti Təranə xanım Muradovanın rəhbərliyi ilə “Odlar Yurdu” rəqs ansamblı xüsusi musiqi proqramı ilə çıxış etmiş və tədbir rəsmi ziyafətlə davam etmişdir.

Foto 2 1 Foto 3 scaled Foto 5 scaled Foto 6 scaled Foto 7 scaled Foto 8 scaled Foto 9 scaled Foto 10 scaled Foto 11 scaled Foto 12 scaled Foto 13 scaled Foto 14 scaled Foto 15 scaled Foto 16 scaled Foto 17 scaled Foto 18 scaled Foto 19 scaled Foto 20 scaled Foto 21 scaled

Son xəbərlər
Digər xəbərlər