10 C
Baku
Thursday, December 12, 2024

Pakistan Azərbaycanın düyü ixracı üzrə güzəştdən istifadə edilməməsinin səbəblərini araşdıracaq

Pakistanın Ticarət Nazirliyinə Azərbaycanın düyünün rüsumsuz ixracı ilə bağlı təklif etdiyi güzəştdən istifadə edilməməsinin səbəbləri ilə bağlı təhlil aparması və bu bazarda üstünlük təşkil etmək üçün lazımi tədbirlər görməsi tapşırılıb.

Ticarət Nazirliyinin nümayəndəsi Azərbaycanla tranzit ticarət sazişi və güzəştli ticarət sazişi üzrə danışıqların davam etdiyini, ikitərəfli ticarətin yekunlaşmaq üzrə olduğunu bildirib.

Ticarət Nazirliyindən Azərbaycanın idxal strukturunu hərtərəfli təhlil etməsi, dərman vasitələrinin və ağıllı mobil telefonların ixracını artırmaq üçün konkret ideyalar irəli sürməsi istənilib. Bu istiqamətdə işlərin görüldüyünü və nəticələrin bir həftə ərzində açıqlanacağı qeyd olunub.

Bundan əlavə investisiyaların cəlb edilməsi və ixracın artırılması üçün strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, B2B əməkdaşlığının gücləndirilməsi də qarşıya vəzifə kimi qoyulub.

Qeyd edək ki, ötən il ərzində Azərbaycana 25 ölkədən 54 min 592 ton düyü ixrac edilib ki, bunun da 4,7 %-i (2 558 tonu) Pakistanın payına düşüb. 2024-cü ilin ilk dörd ayı ərzində də vəziyyət çox dəyişməyib. Hesabat dövründə Azərbaycan Pakistandan düyü idxalını 2,5 dəfə artırsa da, bu, ümumilikdə idxal edilən 27 min 335 ton düyünün çox cüzi hissəsini təşkil edir. Belə ki, Azərbaycanın düyü idxalında əsas pay 74,5 %-lə Hindistana düşür və digər pay Pakistan da daxil olmaqla Çin, Vyetnam və Türkiyə arasında bölüşülüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər