“Nothing” şirkətinin subbrendi “CMF” yeni qulaqlıqlar təqdim edib. Yenilik “Buds Pro 2” adını alıb, “The Verge” yazır. Onlar səs-küyün aradan qaldırılması texnologiyasını, sürətli yükləməni və “Spatial Audio” effektini dəstəkləyir.
Qulaqlıqlar bir yükləmə ilə avtonom rejimdə 11 saat, keys ilə 43 saat işləyir. Qiymət 59 dollar təşkil edir, yenilik 12 iyul 2024-cü ildə satışa çıxarılacaq.
Qulaqlıqlardan əlavə, “CMF” həm də “ağıllı” saat təqdim edib. Yenilik “Watch Pro 2” adını alıb. Cihaz 1.32 düymlük AMOLED displey və 120 “idman rejimi” ilə təchiz edilib. Qiyməti 69 dollar təşkil edir, saatın satışlarının 12 iyul 2024-cü ildə başlayacağı gözlənilir.