Türkiyə “Turksat 6A” ilk milli rabitə peykini orbitə buraxıb.
Proses ABŞ-nin Florida ştatı ərazisindən “Falcon” raketi vasitəsilə həyata keçirilib.
Yeni rabitə peyki Avropa və Cənubi Asiya ölkələrini əhatə etməklə, Türkiyəyə məxsus peyklərin auditoriyasını 5 milyard nəfərədək artırmağa imkan verəcək.
Qeyd edək ki, 2000-ci ildən kosmik proqramını aktiv şəkildə genişləndirən Türkiyə tərəfi indiyədək fəzaya 9 ədəd peyk və müşahidə cihazı çıxarıb.