7 C
Baku
Thursday, December 12, 2024

Bu telekanalların yayımı 3 saatlıq dayandırılacaq

Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.

Bu barədə  Audovizual Şuradan məlumat verilib.

İclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunmuşdur. Monitorinqlər nəticəsində “ATV” televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, “ARB” televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, “ARB Günəş” televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapmışdır. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının (“ARB 24” MMC-nin “ARB” kanalının, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının “ATV” kanalının və “RTV” MMC-nin “ARB Günəş” kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər