16 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda bu ilin ikinci rübündə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Bu ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel səviyyəsində olub.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasıyasının (EIA) hesabatında bildirilir.

Hesabata əsasən, bu ilin birinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 470 min barel təşkil edib.

Bildirilir ki, 2023-ci ilin birinci rübündə qeyd olunan göstərici 520 min barel, ikinci rübündə 500 min barel, ücüncü və dördüncü rübündə isə 490 min barel təşkil edib.

Xatırladaq ki, 2024-cü ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 76 775 ton olub. Bunun 62 118 tonunu xam neft, 14 657 tonunu kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər