10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın iqtisadi artım tempi iyunda yüksəlib

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520.4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Mayda illik iqtisadi artım 4.2 faiz idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.6 faiz, qeyri-neft-qaz sektorunda isə 6.9 faiz artmışdır.

ÜDM istehsalının 38.5 faizi sənaye, 9.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.8 faizi tikinti, 5.8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 19.5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5840.7 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər