İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin mayında aprel ayı ilə müqayisədə 24.7 mln. barel artaraq 2 813 mln. barelə yüksəlib.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına əsasən, aylıq artıma baxmayaraq qeyd olunan göstərici 2015-2019-cu illərin ortalama səviyyəsindən 142 mln. barel aşağıdır.
Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.