6 C
Baku
Sunday, December 15, 2024

AZPROMO ötən ili zərərlə başa vurub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2023-cü ili 29 129 manat zərərlə başa vurub. Halbuki, 2022-ci ildə 1 milyon 225 min manat mənfəət etmişdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il AZPROMO-nun cəmi gəlirləri 6 milyon 158 min manat, cəmi xərcləri isə 6 milyon 187 min manat təşkil edib. 2022-ci ildə isə AZPROMO-nun cəmi gəlirləri 3 milyon 854 min manat, cəmi xərcləri isə 2 milyon 629 min manat olub.

31 dekabr 2023-cü il tarixinə AZPROMO-nun cəmi aktivləri 1.8 dəfə azalaraq 1 milyon 213 min manat olub.

Xatırladaq ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) 2003-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir.

Son xəbərlər
Digər xəbərlər