13 C
Baku
Saturday, November 23, 2024

Ərdoğan: Türkiyə ŞƏT-in daimi üzvü olmağı hədəfləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv kimi daxil olmalıdır.

“Bütün daimi üzvlərdən xahiş etdim ki, bu məsələdə mənə dəstək olsunlar”, – Ərdoğan əlavə edib.

Ərdoğan iyulun 11-də “Newsweek”ə müsahibəsində Ankaranın NATO, ŞƏT və BRİKS ilə əməkdaşlıq etdiyini açıqlayıb. Onun sözlərinə görə, bu, “dünya sülhünü” təşviq edir. Ərdoğan problemlərin həllinə “soyuq müharibə məntiqi” ilə yanaşmanı səhv adlandırıb. Onun sözlərinə görə, Türkiyə diplomatik münasibətlərə “win-win” prinsipi ilə yanaşır.

Son xəbərlər
Digər xəbərlər