14 C
Baku
Sunday, November 24, 2024

ABB səhmlərin abunə yazılışında maksimal limiti 5 dəfə artırdı

Azərbaycan Beynəlxalq Bankı (ABB) emissiya prospektində dəyişikliklər edib.

Banker.az xəbər verir ki, bununla bağlı İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısı Nəbi Əliyevin məruzəsi nəzərə alınaraq dəyişiklik edilib.

Belə ki, 2024-cü ilin mayında emisya prospektində qeydə əsasən ABB-nin kütləvi şəkildə buraxdığı səhmlərə görə bir şəxs üçün alış minimum 100 səhm, maksimum isə 75 min səhm nəzərdə tutulmuşdu.

Yeni qaydaya əsasən, bu limit 400 min səhmə qaldırılır. Beləliklə, bir şəxs 27 qəpik nominal dəyərlə maksimum 108 min manatlıq vermə imkanına malikdir. Lakin 108 min manat maksimumun minimal həddidir. Belə ki, ABB 27 qəpiklə buraxsa belə, səhmlər üçün sifarişlər bu qiymətdən yuxarıda verilir.

ABB bu IPO-da 322 milyon ədəd səhm buraxıb ki, onun nominal dəyəri 86.9 milyon manat təşkil edir. Bununla belə, ölkədə ilk dəfə ABB onlayn qaydada səhmləri almaq üçün abunə yazılışına imkan yaradıb. Bununla belə, digər broker vasitəsi ilə də bu səhmləri almaq imkanı mövcuddur. Abunə yazılışı sentyabr ayına qədər davam edəcək.

Son xəbərlər
Digər xəbərlər