9 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan Ukrayna münaqişəsinin tezliklə bitəcəyini gözləmədiyini bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmədiyini bildirib.

Bunu o, İstanbulda Milli Müdafiə Universitetinin zabitlərinə buraxılış mərasimində çıxışı zamanı deyib.

“Rusiya ilə Ukrayna arasında müharibə təxminən iki il yarımdır ki, davam edir. Tərəflərdən heç birinin digəri üzərində tam üstünlük əldə edə bilməyəcəyi münaqişə əhəmiyyətli itkilərə və dağıntılara səbəb olur. Təəssüflə etiraf edirəm ki, münaqişənin yaxın gələcəkdə başa çatması üçün güclü iradə yoxdur”, – Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə “müharibə tacirlərindən başqa heç kimə faydası olmayan” münaqişəni dayandırmaq üçün “mümkün olan hər şeyi edir”.

Son xəbərlər
Digər xəbərlər