Bir neçə Çin şirkəti Norveçin “Opera Software ASA” şirkətinə məxsus “Opera” internet-brauzerini 10,5 mlrd. Norveç kronuna (1,2 mlrd. ABŞ dolları) almaq barədə razılığa gəlib. İnvestorlar şirkətin hər səhminə görə 71 kron təklif edir.
Bildirilir ki, şirkətin səhmdarlarının çoxu bağlanacaq əqdə isti münasibət bəsləyir.
Yeri gəlmişkən, çinli investorlar arasında “Golden Brick Capital Management”, “Beijing Kunlun Tech”, “Qihoo 360 Technology” и “Yonglian Investment” kimi şirkətlər var.
Ona da qeyd edək ki, bu xəbər yayıldıqdan sonra “Opera”nın səhmləri 5,4% bahalaşıb.
APA-Economics