12 C
Baku
Saturday, November 23, 2024

“Norm”un yeni törəmə müəssisəsinin təsis edilməsi ilə bağlı məsələyə baxılır

15 avqust 2024-cü il tarixində saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında “Norm” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

1. Cəmiyyətin təsisçisi olacağı yeni hüquqi şəxsin təsis edilməsi zərurətinin araşdırılması və bununla əlaqədar məsələlərin müzakirə edilməsi;

2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.

Xatırladaq ki, “Norm” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. İstehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu Cənubi Qafqazın ən böyük sement zavodudur.

“Norm” ASC müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Son xəbərlər
Digər xəbərlər