Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 81%-i üstələyib.
Bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe, GIE) məlumatında bildirilir.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 81.02% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 9.5 faiz bəndi çoxdur. Lakin, bu, 2020-ci ilin rekord göstəricisindən (84%) aşağıdır.
Qeyd olunur ki, hazırda anbarlardakı qazın ümumi həcmi təqribən 89 mlrd. kubmetr təşkil edir.
Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.