Azərbaycan 2024-cü ilin ilk beş ayı ərzində xaricdən smartfon idxalı 21% artıb.
Banker.az xəbər verir ki, hesabat müddətində 525 966 ədəd smartfon idxal edib. 2023-cü ilin müvafiq dövründə bu rəqəm 433 683 ədəd idi.
Azərbaycan idxal edilən smartfonların dəyəri 148.2 mln. dollar təşkil edib.
Ölkəyə smartfonların 76%-i və ya 400 896 ədədi Çin Xalq Respublikasından gətirlib və bunun da idxal dəyəri 107.3 mln. dollar təşkil edib. Çin smartfonlarının Azərbaycan bazarında payı 2023-cü ilin eyni dövrünə payı 69% idi. 2022-ci ildə bu rəqəm 40% idi.
2024-cü ilin yanvar-may aylarında smartfonların Azərbaycana idxalı | ||
Miqdar, əd. | Dəyər, min $ | |
CƏMİ | 525,966 | 148,228.9 |
Çin | 400,896 | 107,314.8 |
Vyetnam | 91,482 | 31,050.6 |
Hindistan | 31,323 | 7,302.1 |
Amerika Birləşmiş Ştatları | 2,061 | 2,412.7 |
Birləşmiş Ərəb Əmirlikləri | 50 | 56.9 |
Malayziya | 17 | 25.9 |
İndoneziya | 75 | 22.7 |
Tailand | 20 | 13.7 |
Fransa | 26 | 12.1 |
Sinqapur | 9 | 9.4 |
Koreya Respublikası | 4 | 4.4 |
Almaniya | 3 | 3.6 |