7 C
Baku
Thursday, December 12, 2024

Uelsin birinci naziri istefa verəcək

Uelsin birinci naziri (hökumət başçısı) Vohan Hethinq vəzifəsini tərk edəcəyini açıqlayıb.

Bu barədə o özünün “X” hesabında yazıb.

V. Hething bildirib ki, qərarının səbəbi onun seçki kampaniyası üçün ianələrin toplanması ətrafında qalmaqalın yaranmasıdır:

“Mən baş nazir vəzifəsindən istefa prosedurunun başlanması ilə bağlı çətin qərar qəbul etmişəm. Bu vəzifəni icra etmək mənim üçün böyük şərəf olmaqla yanaşı, həm özüm, həm də ailəm üçün mürəkkəb bir vaxta təsadüf edib. Hər zaman Uelsə xidmət etmişəm və bu, qətiyyən dəyişməyəcək”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər