Fevralın 10 NIKOIL | Bank-n yeni 2 saylı filialının Parlament prospekti 500, məhəllə 4 “B” ünvanında təntənəli açılış mərasimi keçirilmişdir.Filialın yeni ofisi geniş əməliyyat zalı, rahat gözləmə zonası və əlverişli coğrafi mövqeyi ilə fərqlənir. Yeni 2 saylı filialda müştəriləri yüksək səviyyəli və təkmilləşdirilmiş bütün bank xidmətləri spektri gözləyir: hesablaşma-kassa, kreditləşmə, komunal ödənişlər, plastik kart əməliyyatları, zəmanət, banklararası sənədli əməliyyatlar və milli və xarici valyutada həyata keçirilən digər əməliyyatlar.
NIKOIL | Bank həm Bakıda, həm də Azərbaycanın regionlarında lider mövqeyini tutur və müştərilərlə qarşılıqlı münasibətləri uğurun və tərəqqinin əsas meyarlardan biri hesab edir. Filialın genişləndirilməsi əməkdaşlarının üzərinə müştərilər və paytaxt sakinləri qarşısında daha böyük məsuliyyət qoyur. Bank öz müştəriləri ilə etibarlı və səmərəli münasibətləri qurmaqla onların daima maraqlarını qoruyur. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: www.facebook.com/bank.nikoil