Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ-nin sabiq Prezidenti Donald Trampla görüşdüyünü bildirib.
Conson bu barədə “X” hesabında yazıb.
“Biabırçı sui-qəsd cəhdindən sonra əla vəziyyətdə olan Prezident Trampla görüşməkdən şadam”, – sabiq hökümət başçısı vurğulayıb.
Conson Trampla Ukraynanı müzakirə etdiyini vurğulayıb.