20 C
Baku
Thursday, October 3, 2024

İnvestisiyalar 2022-ci ildən bəri ABŞ-nin aparıcı banklarına rekord $8.2 mlrd. gəlir gətirib

ABŞ-nin ən böyük bankları olan “Goldman Sachs”, “JPMorgan Chase”, “Morgan Stanley”, “Bank of America” və “Citigroup” ikinci rübdə investisiya əməliyyatlarından ümumilikdə 8.2 milyard dollar gəlir və komissiya əldə ediblər ki, bu da 2022-ci ildən bəri rekorddur.

Fond bazarında vəziyyətin sabitləşməsi sayəsində investisiyalar, qiymətli kağızlar və maliyyə alətləri ilə ticarət üzrə bank bölmələri yaxşı gəlir əldə etməyə və analitiklərin proqnozlarını üstələməyə nail olub.

Dünən “Morgan Stanley”in maliyyə direktoru Şaron Yeşaya bildirib ki, ikinci rübdə aktivlərin alıcıları və satıcıları xeyli fəallaşıb. “Biz gözləyirik ki, bu, investisiya fəaliyyətinin bərpasının yalnız başlanğıcıdır”, – top-menecer qeyd edib.

İsveçrənin “UBS” bankının analitiki Brennan Haqvin “FT”yə verdiyi müsahibədə vurğulayıb: “Rəqəmlər təsiredici görünür. Onlar kapital bazarlarının aktiv şəkildə bərpa olunduğuna dair fərziyyələri gücləndirir”.

Son xəbərlər
Digər xəbərlər