12 C
Baku
Wednesday, December 11, 2024

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkmiş kartından 599 manatının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən T.Qəniyev və C.Dəmirov müəyyən olunaraq saxlanılıb.

Abşeron Rayon Polis İdarəsinə isə Sumqayıt, Mehdiabad və Görədil qəsəbə sakinləri olan 3 nəfərin bank kartlarından müxtəlif vaxtlarda ümumilikdə 2067 manat pul oğurlanması barədə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən A.Şəkərəliyev və R.Hüseynov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər