17 C
Baku
Friday, October 18, 2024

Portuqaliya Azərbaycandan xam neft alışını 4 dəfəyə yaxın artırıb

Portuqaliya 2024-cü ilin ilk yarısında Azərbaycandan xam neft idxalını kəskin artırmaqla 349.83 min tona yüksəldib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Cənubi Avropa ölkəsinin ümumilikdə xam neft idxalının dəyəri $225.41 milyon təşkil edib.

Beləliklə, 2023-cü ildə Portuqaliyanın Azərbaycandan cəmi 92.95 min ton və ya $62.9 milyon xam neft aldığını nəzərə alsaq, miqdar cari ildə 276%, dəyər isə 258% artıb.

Bununla belə, qiymətlər öncəki ildən daha ucuzdur. 2023-cü ilin ilk yarısında bir ton üzrə orta qiymət 677 dollar olduğu halda, cari ildə bu rəqəm 644 dollara düşüb.

Son xəbərlər
Digər xəbərlər