13 C
Baku
Friday, November 22, 2024

“Microsoft” səhmləri qlobal nasazlıq fonunda 3.15% ucuzlaşıb

“Microsoft” korporasiyasının səhmləri 3.15%, informasiya təhlükəsizliyi həllərinin tərtibatçısı “Crowdstrike”in qiymətli kağızları isə “Windows” əməliyyat sisteminin (ƏS) qlobal nasazlığı fonunda 14.23% dəyər itirib. Bunu NASDAQ birjasında ticarət məlumatları sübut edir.

Onun məlumatına görə, Bakı vaxtı ilə saat 12:17-də “Microsoft”un səhmlərinin qiyməti əvvəlki sessiyanın sonundakı 443.5 dollara nisbətdə 440.5 dollara düşüb. “Crowdstrike” səhmləri vahid başına 354.9 dollardan 343.0 dollara enib.

Bu səhər bütün dünyada “Windows” sistemlərinin qlobal nasazlığı baş verib. İstifadəçilər “Windows 10” ilə işləyən kompüterlərdə “mavi ölüm ekranı”ndan şikayət edirlər.

Son xəbərlər
Digər xəbərlər