13 C
Baku
Friday, November 22, 2024

“Microsoft”dakı nasazlıq səbəbindən ABŞ-də minlərlə aviareys ləğv edilib, bankomatlar işləmir

“Microsoft Azure” platformasındakı nasazlıqdan sonra ABŞ-də 2 300-dən çox reys ləğv edilib.

Bu barədə CNN “Cirium” analitik şirkətinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, hazırda ABŞ-də daxili uçuşların 8,9%-i, ümumilikdə 2 382 reys ləğv olunub.

Bununla yanaşı, “Bloomberg” bildirib ki, bir neçə min “JPMorgan Chase” bankomatı “Microsoft”un nasazlığına görə sıradan çıxıb.

Hazırda bankomatların əksəriyyəti işləyir.

Agentliyin qeyd etdiyi kimi, bankın 48 ştatda 16 minə yaxın bankomatı var.

Son xəbərlər
Digər xəbərlər