9 C
Baku
Sunday, December 22, 2024

Kamala Harris Trampa qarşı mübarizə aparmağa hazır olduğunu açıqlayıb

ABŞ-nin vitse-prezidenti Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Bu barədə onun özünə istinadən “Reuters“ agentliyi məlumat yayıb.

“Mən Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədlik hüququ əldə etməyə və namizədliyimi irəli sürməyə hazıram”, – deyə Harris bildirib.

Harrisin namizədliyi Demokratların avqust ayında Çikaqo şəhərində baş tutacaq qurultayında irəli sürülə bilər. Demokratların namizədi üçün daha kimin mübarizə apara biləcəyi barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, iyulun 21-də Ağ Evin hazırkı rəhbəri Co Bayden Harrisin namizədliyini dəstəkləyərək yarışdan çəkildiyini elan etmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər