9 C
Baku
Monday, November 18, 2024

Avtomobil Yolları Dövlət Agentliyinin aktivlərinin həcmi 31 mlrd. manatı keçib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aktivlərinin həcmi 1 yanvar 2024-cü il tarixinə 31 mlrd. 539.9 mln. manata yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə AAYDA-nın illik hesabatında bildirilib.

AAYDA-nın aktivləri keçən ilin əvvəlində 27 mlrd. 397.1 mln. manat təşkil etmişdi. Beləliklə, son bir ildə aktivlər 15 faiz yüksəlib.

Aktivlərdə əsas yüksəliş torpaq, tikili və avadanlıqlarda qeydə alınıb. 2023-cü ilin əvvəlində 8 mlrd. 339.2 mln. manat olan bu aktivlər, ilin sonuna 11 mlrd. 529.2 mln. manat olub.

Dövlət Agentliyi 2023-cü ildə 4 mlrd. 132.8 mln. manatlıq xərclər çəkib.

32 1 a1

Son xəbərlər
Digər xəbərlər