6 C
Baku
Sunday, December 15, 2024

“Dəmirbank”ın səhmdarları “AGBank”la konsolidasiyadan imtina edib

“Dəmirbank” ASC və “AGBank” ASC arasında nəzərdə tutulan konsolidasiya prosesi ləğv edilib. “Dəmirbank”a istinadən verdiyi xəbərə görə, ötən ay iki bank arasında konsolidasiya ilə bağlı ilkin niyyət protokolu imzalandıqdan sonra “Dəmirbank” rəhbərliyi bu istiqamətdə aktiv müzakirələr aparıb, konsolidasiyanın hər iki tərəfə və ümumilikdə bank sektoruna mümkün təsirləri araşdırılıb.

“Dəmirbank” ASC-in Müşahidə Şurası birləşməni səhmdarların, əmanətçilərin, xarici kreditorların və bütün digər hissədarların maraqları nöqteyi nəzərindən qiymətləndirib və müzakirələrin nəticəsi olaraq sözü gedən konsolidasiyanın məqsədəuyğun olmadığına dair qərar qəbul edib.

Report

Son xəbərlər
Digər xəbərlər