Azərbaycanda 2024-cü ilin 1 yanvarına 114 954 ticarətlə məşğul olan fərdi sahibkar olub.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu da illik müqayisədə 2 328 vahid və ya 2.1 faiz artımdır. Belə ki, ötən ilin əvvəlində 112 626 fərdi sahibkar fəaliyyətdə olmuşdu.
Fərdi sahibkar dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs başa düşülür.
Fərdi sahibkarların 45 616 şəxsi Bakı şəhərinin payına düşüb.