Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb.Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Arif Əşrəfovun rəhbərlik etdiyi və altı üzvü olan Apellyasiya Şurasına komitənin strukturuna aid qurumların məsul əməkdaşları daxil edilib.
İctimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurası müvafiq fərmana uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məsələlərinə baxacaq.
Trend