“ASG Group”a daxil olan “ASG Business Aviation” MMC-nin nizamnamə kapitalı azaldılıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 5.6 mln. manat və ya 3% azaldılmaqla 181.07 mln. manata endirilib.
Buna qədər şirkətin nizamnamə kapitalı 186.67 mln. manat idi.
Xatırladaq ki, şirkət 2007-ci ildə təsis edilib və onun qanuni təmsilçisi Böyükağa Quliyev Təlatüm oğludur. “ASG Business Aviation” regionda müştərilərini özəl səfərləri üçün təyyarələrlə təmin edən ən böyük özəl aviasiya mərkəzidir.