®BOKT “Embafinans” QSC 2024-cü ilin 1-ci yarımilliyini 3 milyon 502 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 2 milyon 82 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 68% artması deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ KƏSKİN ARTIB
Ötən il “Embafinans”ın faiz gəlirləri 41% artaraq 7 milyon 885 min manat, haqq və komissiya gəliri 55% artaraq 1 milyon 729 min manat, mənfəət vergisi ödəmələri isə 68% artaraq 875 437 olub.
BOKT BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
Cari ilin yanvar-iyun aylarında BOKT-un cəmi aktivləri 63 milyon 420 min manat olub ki, əvvəlki ilə nisbətən 12% artımdır. Müştərilərə verilmiş kreditləri 58 milyon 626 min manat təşkil edib. Belə ki, BOKT-un kredit portfeli 13% böyüyüb.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 30.07.2012-ci il tarixili BKT-10 nömrəli lisenziya əsasında fəaliyyət göstərən EmbaFinans Bank Olmayan Kredit Təşkilatıdır. BOKT “EmbaFinans” QSC hazırda İstehlak və Mikro-biznes kreditləri məhsulları ilə fəaliyyət göstərir.