17 C
Baku
Friday, October 18, 2024

Rusiya XİN İranda “Mir” kartlarının tətbiqinə başlanacağının anonsunu verib

Rusiya yaxın vaxtlarda İranda “Mir” kartlarının işə salınacağına və iki ölkənin ödəniş sistemlərinin birləşdirilməsi məsələsinin tamamilə həll olunacağına ümidlidir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a müsahibəsində söyləyib.

“Milli ödəniş sistemlərinin birləşdirilməsi məsələsi ticarət-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın xüsusi mexanizmi, eləcə də mərkəzi bankların rəhbərləri arasında müntəzəm təmaslar çərçivəsində müzakirə olunur. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə bütün problemləri həll edə biləcəyik”, – diplomat vurğulayıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər