10 C
Baku
Tuesday, November 26, 2024

Avropanın qaz ehtiyatlarının həcmi 83.5%-ə yaxınlaşıb

Hazırda Avropanın yeraltı qaz anbarlarında mavi yanacaq ehtiyatlarının həcmi 83.5 faizə yaxınlaşıb.

İyulun 23-də Avropa İttifaqı ölkələrində anbarlardan qaz götürülməsi 39 milyon kubmetr, qaz doldurulması isə 274 milyon kubmetr təşkil edib. Hazırda Avropanın yeraltı anbarlarında 91.6 milyard kubmetr (83.37 faiz) qaz var ki, bu da son beş ilin analoji dövrünün orta göstəricisindən 9.63 faiz çoxdur.

Cari həftə ərzində Mərkəzi və Qərbi Avropada havalar nisbətən sərin keçib, külək generasiyasının payı isə iyul ayında Aİ-nin elektrik enerjisi istehsalının 12 faizinə bərabər olub.

Hazırda London ICE birjasında min kubmetr qazın qiyməti təxminən 360 dollardır.

Rusiyanın “Qazprom” kompaniyası Avropaya sutkada 42.4 milyon kubmetr qaz tədarük edir. Müharibəyə baxmayaraq, həmin qaz Ukrayna ərazisindən tranzitlə “köhnə qitə”yə çatdırılır. Bu xətt “Şimal axını” qaz kəmərinin sıradan çıxmasından sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə tədarükü üçün yeganə marşrut olaraq qalır.

Həmçinin iyun ayında terminallardan Avropanın qazötürmə sisteminə maye qaz vurulması 2021-ci ilin noyabrından bəri ən aşağı həddə – maksimum gücün 37 faizinə enib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər