“Ukraynada səfərbərlik yaşı endirilməlidir”.
Ukrayna Milli Qvardiyasının “Rubej” briqadasının kəşfiyyat şöbəsinin zabiti Vitali Litvin yerli telekanalların birinin efirində Ukraynadakı səfərbərlikdən danışıb.
“Ukrayna ordusunda kadr çatışmazlığı var. Bu səbəbdən səfərbərlik yaşı 25-dən 22-yə endirilməlidir. Hələlik bu yaşda olan kişilər yalnız könüllü ola bilərlər”, – deyə Vitali Litvin qeyd edib.
Onun sözlərinə görə, 22 yaşında adam artıq orduya səfərbər oluna bilər.
“Bu mənim subyektiv fikrimdir. 22 yaşında artıq səfərbər oluna bilər. Mənim bölməmdə 19 yaşında və 50 yaşdan yuxarı hərbçilər var idi və onlar döyüş tapşırıqlarını effektiv yerinə yetirirdilər”, – deyə Litvin əlavə edib.