13 C
Baku
Sunday, October 20, 2024

“Air France” və “Transavia France” Livana uçuşları dayandırıb

Fransanın “Air France” və “Transavia France” aviaşirkətləri iyulun 29 və 30-da Livana uçuşları dayandırıb.

Kanalın həmsöhbəti dəqiqləşdirib ki, ləğv edilən reyslərin sərnişinlərinə reyslərin ləğvi barədə məlumat veriləcək, onlara reysin vaxtının dəyişdirilməsi təklif olunacaq və ya pul kompensasiyası veriləcək. Aviaşirkətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün regiondakı geosiyasi vəziyyəti izləməyə davam edəcək.

“Lufthansa”nın da Beyruta uçuşları da avqustun 5-dək dayandırılıb.

İyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Holan yüksəkliyində Məcdəl-Şəms kəndinə raket atılıb, nəticədə azyaşlılar da daxil olmaqla 12 nəfər həlak olub.

Son xəbərlər
Digər xəbərlər