ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatını artırmaq üçün 357,7 mln. dollarlıq 4,65 mln. barel həcmində xam neft almaq üçün müqavilələr bağlayıb.
Müqavilələr çərçivəsində nazirlik bu ilin oktyabr, noyabr və dekabr aylarında Luiziana ştatındakı anbarlarının ehtiyatlarını artıracaq.
Təchizatçı qismində “ExxonMobil” neft korporasiyası (3,9 mln. bareı) və “Macquarie Commodities Trading” ticarət şirkəti (750 min barel) çıxış edəcək.