13 C
Baku
Friday, November 22, 2024

Rusiyada kriptovalyutalar leqallaşa bilər

Rusiya sanksiyaların təzyiqi ilə kriptovalyutanı leqallaşdırmaq istəyir.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Rusiyanın Ukraynadakı müharibə ilə əlaqədar ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə şirkətlər xarici ödənişlərlə bağlı artan çətinliklərlə mübarizə aparır. Rusiya Federasiyasında kriptovalyuta haqqında qanun layihəsi bu ilin sentyabr ayından etibarən qüvvəyə minə bilər.

Bu addım rəqəmsal alətlərə münasibətdə sürətli dəyişikliyi göstərir və Rusiya şirkətlərinin ABŞ-ın xarici banklara qarşı ikinci dərəcəli sanksiyaları ilə bağlı hədələrindən irəli gələn artan ödəniş təzyiqi ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Yada salaq ki, 2022-ci ilin yanvarında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasına cəmi bir neçə həftə qalmış Rusiya Mərkəzi Bankı kriptovalyutaların maliyyə sabitliyi üçün ciddi risklər yaratdığını əsas gətirərək onların istifadəsinə və yaradılmasına ümumi qadağa təklif etmişdi.

Son xəbərlər
Digər xəbərlər