13 C
Baku
Sunday, November 24, 2024

Aİ Rusiyadan balıq idxalına məhdudiyyətləri müzakirə edəcək

Yeni sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Rusiyadan balıq idxalına qadağa tətbiq etmək imkanını nəzərdən keçirir, bu barədə “Die Welt” yazır.

2022-ci ilin aprelində Aİ artıq Rusiya dəniz məhsulları, kürü və xərçəngkimilərin tədarükünü məhdudlaşdırıb. İndi Baltikyanı ölkələr, xüsusən də Litva məhdudiyyətləri sərtləşdirməkdə israrlıdır.

İyulun ortalarında Estoniya, Latviya, Litva və İsveç bildirmişdilər ki, Rusiya Baltik dənizində mövsümi məhdudiyyət zamanı balıq ovu ilə bağlı qadağanı pozub. Bəyanatda qeyd olunub ki, qeyri-qanuni tutulan bəzi balıqlar Aİ bazarına çıxa bilər. Bununla bağlı ölkələr Aİ Şurasını tədbir görməyə çağırıb.

Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının prezidenti German Zverev ittihamları əsassız adlandırıb. Onun fikrincə, Baltikyanı ölkələr rəqabət üstünlüyü əldə etmək üçün Aİ-ni balıqsız qoymaq istəyirlər.

Son xəbərlər
Digər xəbərlər