Bakıda 21, 51 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 3 avqust 2024-cü il tarixində 8 Noyabr prospektində (Gəncə prospektindən Ceyhun Həsənov küçəsinədək (Gənclik parkı) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ olaraq Gəncə prospekti – Ceyhun Həsənov küçəsi – 8 Noyabr prospekti ilə təşkil ediləcək.