9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan XİN vətəndaşları Livana səfər etməməyə çağırdı

Livan Respublikasının yerləşdiyi regionda surətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Livan Respublikasına səfər etməmək, həmin ölkədə yaşayan və ya səfərdə olan vətəndaşlara isə mümkün qədər qısa müddət ərzində oranı tərk etmək tövsiyə olunur.

Bu barədə  XİN-dən məlumat verilib.

“Eyni zamanda, hal-hazırda Livan Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri xahiş olunur” – məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər