SOCAR prezidenti işçilərinə “NAZ-Lifan” maşınları sifariş verdi

Naxçıvan Avtomobil Zavodunun (NAZ) nümayəndə heyəti fevral ayının 15-16-da Çinə səfərə edəcək. Bu haqda zavodun direktoru Musa Abdullayev məlumat verib.

O qeyd edib ki, Azərbaycanı təmsil edəcək 10 nəfərlik nümayəndə heyətinin tərkibinə zavod rəsmiləri, ayrı-ayrı mütəxəssislər daxil edilib:

“Səfərdə məqsəd qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminatdır. Bu baxımdan geniş, əhatəli görüş gözlənilir”.

lifan-x60-komfortlu-rahat-ve-universal-seherdaxili-suv-avtomobili
NAZ-Lifan

M.Abdullayev deyib ki, dövlət qurumları, ayrı-ayrı şirkətlər tərəfindən “NAZ-Lifan” avtomobillərinin alınması üçün sifarişlər daxil olmaqdadır:

“ Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol”dan sonra, Dövlət Neft Şirkəti, “Cahan Holding” tərəfindən də avtomobillərimiz alınıb. Sifarişlər çoxdur, yaxın vaxtlarda icrasına başlayacağıq”.

Modern.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər