1. Televizora baxmayın. Heç vaxt.
2. Heç nəyə baxmadan irəli gedin.
3. Ağlınıza ideya gəldi? Qeyd edin.
4. Gecikirsiniz? Bu barədə xəbərdarlıq etməyə çalışın.
5. Başqalarının arzularına istehza ilə yanaşmayın.
6. Sizi satmış insanların yanına geri qayıtmayın. Onlar dəyişən deyil.
7. Valideynlərinizlə çox vaxt keçirin – bir gün onlar yanınızda olmayacaq.
8. Şirin dil ilanı yuvasından çıxardar. Bundan tez-tez istifadə edin.
9. Səhvlərinizi etiraf etməyi bacarın.
10. Həmişə narazılıq etmək vərdişinizdən əl çəkin. Heç kimi özgə problemlər maraqlandırmır.
11. Qeybət etməyin.
12. Qeyri-müəyyən situasiyalarda həmişə yuxuya getməyə çalışın. Situasiya nə qədər çətin olur olsun, “bu da keçər” deyib keçin.
13. Hətta ən ciddi mübahisələrdə belə insanların zəif damarından tutmayın… Çox ehtimal ki, bir gün barışacaqsınız, amma sözlər hələ uzun müddət yadda qalacaq.
14. Düzünü deyin, onda nəyisə yadda saxlamağa ehtiyac qalmayacaq.
15. İlk öncə ən çətin və xoşunuza gəlməyən işi edin. Onu etdiyiniz təqdirdə, günün qalan hissəsində mənasız fikirlər sizi narahat etməyəcək.
16. Heç kimin heç kimə borcu yoxdur. “Borcludur” sözünü unudun. Aktiv olaraq, bu sözü istifadə etməyin, əks halda həqiqətən nəinki maddi, həm də mənəvi cəhətdən borclu olacaqsınız.