Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 21870,9 milyon kub metr təşkil etmişdir. Təbii qaz üzrə ehtiyatların 27,5 faizi ölkə daxilində istehlak edilmiş, 59,8 faizi ixrac olunmuş, 2,5 faizi itkiyə getmiş, 10,2 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkə daxilində istehlak edilmiş təbii qazın 59,8 faizi istehsal ehtiyaclarına sərf edilmiş, 40,2 faizi isə əhaliyə satılıb.
2024-cü ilin yanvar-iyun aylarında 13079,6 milyon kub metr və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2420,4 milyon kub metr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz az təbii qaz istehlak edilmiş, onun 37,9 faizi Bakı şəhərinin, 3,1 faizi Naxçıvan Muxtar Respublikasının, 11,7 faizi Abşeron-Xızı, 6,0 faizi Gəncə-Daşkəsən, hər biri 5,7 faiz olmaqla Lənkəran-Astara və Mərkəzi Aran, 5,5 faizi Qazax-Tovuz, 5,0 faizi Şəki-Zaqatala, 4,9 faizi Quba-Xaçmaz, 4,6 faizi Qarabağ, 3,8 faizi Mil-Muğan, 3,6 faizi Şirvan-Salyan, 2,5 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.