11 C
Baku
Monday, November 25, 2024

«Çikaqo planı» və müasir iqtisadi problemlər

“Çikaqo planı” 1921-ci ildə ingilis Frederik Fişer tərəfindən təklif edilsə də, daha sonradan Çikaqo universitetinin professoru Frenk Nayt bu ideyanı inkişaf etdirmişdir. 1933-cü ildə bu ideya əsasında prezident Ruzveltə memorandum təklif edilir və bu memorandum maliyyə sistemində islahatların aparılması təklifindən ibarət idi. Bu “Çikaqo planı” tərəfdarlarına Çikaqo İqtisadiyyat məktəbinin əsasını qoymağa imkan verdi. Hazırda BVF iqtisadçıları belə hesab edirlər ki, bu “plan” dünya iqtisadiyyatına borc böhranından xilas olmağa kömək edə bilər. 

 “Çikaqo planı”-nın ən sadə və geniş izahını 1936-cı ildə Yale universitetinin iqtisadçısı İ. Fişer vermişdir. Bu izah dörd vəziyyətdən ibarətdir: banklar pul-kredit funksiyasını yeriə yetirməli, əldə edilən depozitləri mütləq kreditləşmədə istifadə etmək və bununla iqtisadiiyatda pul həcmini artırmaq. Bu prosesi banklardan şəxsi kapital hesabına cəlb edilmiş depozitlərdən əldə edilmiş vəsaitlərin 100 faizini rezervləşdirməyi tələb etməklə dayandırmaq olar. Kreditləşmə isə bankların qeyri-maliyyə təşkilatlarından aldığı gəlir hesabına həyata keçirilməlidir, digər bankların depozitləri hesabına yox. Banklar dövlət tərəfindən yaradılan pullardan istifadə etməli və “havadan pul yaratmamalıdırlar”.

Bu planın bir neçə üstün cəhətləri mövcuddur. İş tsikllərinin dəyişməsi kredit tsikllərindən asılıdır və dövlət tam olaraq pul kütləsinə nəzarət edir. Depozitlər üzrə rezervlərin 100% həcmində artırılması kapital axını riskini 0 səviyyəsinə qədər endirir. Dövlət 0 faiz dərəcəsi ilə maliyyə vəsaitləri yaratmaq imkanı əldə edir ki, bu da dövlət borcunu tamamilə uzaqlaşdırır. Bunun ardınca şəxsi borcluluq da enəcək, belə ki, pul yaradılması bank borclarına gətirib çıxarmayacaq.

BVF iqtisadçıları “Çikaqo planının” iş prinsiplərini dünya iqtisadiyyatının müasir problemlərini həll etmək üçün sınaqdan keçirməyə qərar vermişlər. Araşdırma göstərir ki, bu planı həyata keçirməyə başladıqdan sonra depozitlərin həcmi azacıq enəcək, banklar isə investisiya kreditləşməsini genişləndirməyə başlayacaq (ÜDM-un 20%-i). 15 ildən sonra banklar öz işlərini tam olaraq dəyişəcək, onların rezervləri isə ÜDM-un 180%-ni təşkil edəcək.

Dövlət borcu ÜDM-un 60%-nə qədər enəcək və bütünlüklə əcnəbi borcalanların nəzarəti altında olacaq. Bununla belə, dövlət iqtisadiyyatın xalis kreditoruna çevriləcək, çünki xəzinədarlıq kreditləri ÜDM-un 90%-ni təşkil edir. ÜDM-da iqtisadiyyat 10%, investisiya 27%, istehlak isə 3% artacaq. Bütün bunlardan fərqli olaraq, investisiya demək olar ki, artmır. Vergi üzrə faiz dərəcələri aşağı salınır ki, bu da investisiya bumuna gətirib çıxaracaq. Dövlət borcları enəcək, çünki dövlət borcunu ödəmək əhəmiyyətli dərəcədə ucuzdur. Hökumət tam olaraq iqtisadi tsikllərə nəzarət edir, resessiya və iqtisadi konyukturanın pisləşməsi üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər
Digər xəbərlər