12 C
Baku
Monday, November 25, 2024

İsrail HƏMAS ilə danışıqları bərpa etməyə razılaşıb

Qətər, Misir və ABŞ İsrail və HƏMAS qrupunu Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çağırıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyan edib ki, İsrailin nümayəndə heyəti avqustun 15-də atəşkəs danışıqlarına başlayacaq.

“Biz tərəfləri hər hansı qalan boşluqları aradan qaldırmaq və heç bir gecikmə olmadan sazişin icrasına başlamaq üçün avqustun 15-də Doha və ya Qahirədə təcili olaraq danışıqları bərpa etməyə çağırdıq”, – mesajda deyilir.

İsrail və HƏMAS arasında girovların azad edilməsi müqabilində Qəzza zolağında atəşkəs əldə edilməsi üçün dolayı danışıqlar bir aydan çox davam edən fasilədən sonra iyulda bərpa edilib. Sonra Doha və Qahirədə İsrail və vasitəçi ölkələrin nümayəndə heyətləri arasında bir sıra görüşlər baş tutub, lakin danışıqlar heç bir nəticə verməyib.

Hizbullah və HƏMAS qruplarının bir neçə nüfuzlu üzvünün öldürülməsindən sonra Yaxın Şərqdə münaqişənin yeni mərhələsi başlayıb. İsrail ordusu Hizbullahın hərbi komandiri Fuad Şükrün öldürüldüyünü bəyan edib. O, iyulun 30-da Beyrutda hava hücumu nəticəsində həlak olub. Bunun ardınca İsmayıl Haniyyə iyulun 31-nə keçən gecə onun İrandakı iqamətgahında hücum edilib. İran hakimiyyəti buna görə İsraili günahlandırıb.

Son xəbərlər
Digər xəbərlər