14 C
Baku
Saturday, October 19, 2024

Tramp və Harris sentyabrın 10-da debat keçirəcəklər

Sentyabrın 10-da Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp və Demokratlar Partiyasının namizədi Kamala Harris debat keçirəcəklər. Bu onların seçki yarışından əvvəl ilk baş-başa qarşıdurması olacaq, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

“Ipsos” sorğusunun nəticələrinə görə, iyulun sonundan etibarən Kamala Harris keçmiş Amerika prezidenti üzərində üstünlüyünü 5 faiz bəndi artırıb. Araşdırmaya görə, respondentlərin 42%-i Kamala Harrisi, 37%-i isə cənab Trampı dəstəkləyir.

ABŞ-də seçkilər noyabrın 5-nə təyin edilib. İyulun 21-də ABŞ-nin hazırkı prezidenti Co Bayden prezidentlik yarışından namizədliyini geri götürmək qərarını açıqlayıb. Bunun müqabilində o, Demokratlar Partiyasından Kamala Harrisin namizədliyini irəli sürməyi təklif edib. Xanım Harris avqustun 7-də prezident seçkilərində Demokrat Partiyasının rəsmi namizədi olub.

Son xəbərlər
Digər xəbərlər